
ABŞ-lı sahibkar Bill Ekman Sidneydə baş verən terror aktı zamanı silahlı şəxsi zərərsizləşdirənə 100 min dollar bağışlayıb.
Bu barədə "Daily Mail" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, terror aktından qısa müddət sonra yəhudiəsilli və sərvəti 9,5 milyard dolları keçən iş adamı 43 yaşlı Əhməd əl-Əhmədi cəsarətinə görə mükafatlandırmaq niyyətində olduğunu açıqlayıb.
Yayımlanan görüntülərdə Əhməd arxadan terrorçuya tərəf qaçır və silahı ondan almağı bacarır. Silahlı şəxs qaçmağa çalışır, daha sonra video bitir.
Hadisə zamanı Əhməd qolundan güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.
Məlumata görə, terror aktını həyata keçirənlər üç nəfər olub: biri öldürülüb, ikisi saxlanılıb, onlardan biri isə xəstəxanada ağır vəziyyətdədir.
Xatırladaq ki, hadisə dekabrın 14-də Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə baş verib. Terror aktı zamanı azı 16 nəfər ölüb, 40 nəfər yaralanıb.
