
Bakının Qaradağ rayonu ərazisində zəncirvari qəza baş verib.
Oxu.az bildirir ki, hadisə Bakı-Qazax yolunda, paytaxt istiqamətində qeydə alınıb.
Beş avtomobilin toqquşması nəticəsində bir maşın aşıb, digər ikisi isə dərəyə yuvarlanıb. Xəsarət alanların olduğu deyilir. Qəza nəticəsində ciddi tıxac yaranıb.
Qəza zamanı "Changan", KIA, BMW X5, "Hyundai" və "Range Rover" markalı avtomobillər toqquşub.
Faktla bağlı araşdırma aparılır.