Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb
VİDEO

İndiyə olan məlumata görə, Avstraliyanın Sidney şəhərində yerləşən Bondi çimərliyində baş verən silahlı hücum nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Yeni Cənubi Uels ştatının səhiyyə naziri Rayan Park məlumat verib. Onun sözlərinə görə, ölənlər arasında bir uşaq da var.

 

Qeyd edək ki, hadisə yəhudi icması tərəfindən Hanuka bayramının başlanması münasibətilə keçirilən tədbir zamanı baş verib. Polis hücumu terror aktı kimi qiymətləndirib. Məlumata görə, hadisəni törədənlər ata və oğul olub. Polis əməkdaşlarının müdaxiləsi nəticəsində 50 yaşlı silahlı şəxs hadisə yerində zərərsizləşdirilib. Digər 24 yaşlı hücumçu isə ağır yaralanaraq polis nəzarəti altında xəstəxanaya çatdırılıb.

 

Yeni Cənubi Uels polisi hücumdan sonra 40 nəfərin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanada müalicə aldığını açıqlayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində Bondi çimərliyi və ətraf ərazilər müvəqqəti olaraq bağlanıb, istintaq tədbirləri davam etdirilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.