Xankəndidə Andrey Saxarovun abidəsinin açılışı olub - MƏRASİMDƏ RUSİYA SÜLHMƏRAMLILARI DA İŞTİRAK EDİBLƏR
FOTO

 

Mayın 21-də Xankəndidəki 8 nömrəli orta məktəbdə rus fiziki, hidrogen bombasının həmmüəllifi, siyasətçi Andrey Saxarovun abidəsinin açılışı olub.

 

Senzor.az bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar. 

 

“Artsax”ın “dövlət naziri” Artak Beqlaryan TG kanalında deyib ki,  abidə onun adını daşıyan məktəbdə fizikin anadan olmasının 101-ci ildönümü münasibətilə ucaldılıb.

 

“Mövcud reallıqların indiki çətin vaxtında hüquqlarımız uğrunda davam edən mübarizəni, Rusiyanın sülhməramlı missiyasını və bütün dünyada sülhə artan tələbatı nəzərə alsaq, abidə bu dövrdə xüsusi rəmzi məna daşıyır”, - deyə o qeyd edib.

 

O vurğulayıb ki, Saxarov vaxtilə hamıya məlum olan maksimumu müəyyənləşdirib ki, əgər azərbaycanlılar üçün Qarabağ məsələsi ambisiyalar məsələsidirsə, ermənilər üçün mövcudluq və yaşamaq  məsələsidir.  

Maraqlıdır ki, açılış mərasimində Qarabağdakı Rusiya sülhməramlılarının nümayəndələri də iştirak ediblər. Sülhməramlı kontingentin mayoru Vitali Fomin çıxış edərək bildirib ki, Andrey Saxarov öz adını dünya elm tarixinə qızıl hərflərlə yazıb. 

"Bu gün bu məktəbdə adını daşıdığı  akademik Saxarovun abidəsi açılır. O, həyatı boyu əmin olub və əmin edib ki, sülh üçün əsas yol elə sülhdür", — deyə sülhməramlıların nümayəndəsi vurğulayıb.

 

Xatırladaq ki, A.Saxarov Qarabağ məsələsi başlayandan həmişə ermənilərin tərəfini saxlayıb. O həm də Qarabağ probleminin ərazi mübadiləsi yolu ilə həllini təklif edənlərdən biri olub. Məsələn, A.Saxarov hələ 1988-ci ilin dekabrında təklif edirdi ki, Sovet Azərbaycanı ilə Naxçıvan arasında quru yol əlaqəsinin yaradılması üçün Meğri Azərbaycana verilsin. Bunun əvəzində o, Dağlıq Qarabağ Muxtar Vilayətinin Sovet Ermənistanına birləşdirilməsi üçün, Azərbaycanın Laçın rayonunu tərk etməsini təklif edirdi...

 

Və sonda... Bu arada məlum olub ki, akademik Andrey Saxarovun Moskvanın "Muzeon" parkındakı abidəsi yoxa çıxıb. Bu gün bu barədə bir çox Rusiya KİV-i məlumat da  yayıb.

 

Abidənin itməsi barədə məlumat verən "Memorial"cəmiyyəti nümayəndələrinin sözlərinə görə, "Muzeona"nın mühafizəçisi heykəlin bərpaya aparıldığını deyib. Qorki parkının mətbuat xidməti mühafizəçinin sözlərini təsdiqləyib və abidənin ötən ilin payızında müəllifə verildiyini bildirib. Onun parka nə vaxt qaytarılacağı barədə isə konkret tarix göstərilməyib. 

 

Və belə bir vaxtda ona oxşar abidə Xankəndidə Saxarovun adını daşıyan məktəbdə peyda olub...

 

Artıq çoxları ironiya ilə  soruşur: görəsən, həmin abidə deyil ki?! 


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.