Azərbaycana hədə-qorxu gələrək "yeni müharibə - yeni torpaqların işğalıdır" deyən və bu sözlərlə 44 günlük müharibənin başlanmasının əsas səbəbkarlarından sayılan Ermənistanın sabiq müdafiə naziri David Tonoyan da saxlanılıb.
Senzor.az bildirir ki, Tonoyan Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıb.
Saxlanılmazdan əvvəl onun evində axtarış aparıldığı bildirilir. Bu proseslə paralel olaraq keçmiş hərbi aviasiya rəisi Avetik Muradyan və Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın mənzillərində də axtarışlar aparılıb.
Yerli KİV-in yazdığına görə, növbəti hədəf Yuri Xaçaturov və Seyran Ohanyan olacaq. Görünür, bu proselər bu günlərdə MTX tərəfindən araşdırılan və silah tədarükü müqavilələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, dörd gün öncə MTX Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. Yüksək rütbəli ordu məmuru yararsız vəziyyətə düşmüş, istifadə müddəti başa çatmış raketləri tədarük etməkdə ittiham olunur.