Şamaxı şəhərində ailə münaqişəsi zəminində ölüm hadisəsi baş verib.
Oxu.az-ın prokurorluq orqanlarından əldə etdiyi məlumata görə, Şamaxı sakini 36 yaşlı Şakir Cəfərov arvadı - 32 yaşlı Səkinə Quliyevanı döyə-döyə qətlə yetirib.
Ş.Quliyev şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb.