Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində sərnişin avtobusu qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, Ağdam-Bakı xətti üzrə hərəkət edən 02 BT 242 nömrəli “Mercedes” markalı sərnişin avtobusu həmin yolda təmir işləri aparan texnika ilə toqquşub.
Qəza zamanı arxadan gələn “Kamaz” markalı avtomobil də sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, həlak olan yoxdur, xəsarət alanlar hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya yerləşdirilib.
Qəza nəticəsində yolun bir istiqamətində hərəkət dayanıb və yolda uzun tıxac yaranıb. Avtomobillər magistralın torpaq hissəsindən keçərək yola davam ediblər.
APA isə qəza nəticəsində 10 nəfərin yaralandığı barədə məlumat yayıb.