Türkiyənin Bartın şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub.
Avtobusun aşması nəticəsində şəhərin bələdiyyə sədrinin köməkçisi Ahmet Komeç və daha bir nəfər ölüb. Avtobusdakı 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlardan 4 nəfərin vəziyyəti ağırdır.
Bələdiyyə sədri Cemal Akın qəza zamanı avtobusda olsa da, ciddi xəsarət almayıb.