Kabildə İdqah məscidinin yaxınlığında terakt törədilib.
Məlumatı “Al Jazeera” yayıb.
Terror hadisəsi Əfqanıstanın mədəniyyət və informasiya naziri kimi təyinat alan Zabihullah Mücahidin anasının dəfn mərasiminin keçirildiyi ünvanda baş verib.
İndiyə olan son məlumata görə, partlayış nəticəsində 13 nəfər həyatını itirib, 32 nəfər xəsarət alıb.
İlkin məlumata əsasən, partlayış İŞİD terrorçuları tərəfindən həyata keçirilib.
Partlayışdan dərhal sonra “Taliban”la İŞİD silahlıları arasında şiddətli atışmanın başlandığı bildirilir.