Pakistanın cənubundakı Bəlucistan əyalətində güclü zəlzələ baş verib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə "Agence France-Presse" Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
ABŞ-ın Geologiya Xidməti isə daha əvvəl Pakistanda yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələnin qeydə alındığını xəbər verib.
"Dawn" qəzeti Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəyə istinadən bildirib ki, yeraltı təkanlar əyalətin Kvette, Sibbi, Pişine, Çaman və digər şəhərlərində hiss edilib.
Hakimiyyət orqanları təbii fəlakətin fəsadlarının aradan qaldırılması və qiymətləndirilməsi ilə məşğuldur. O da qeyd edilib ki, təbii hadisə zamanı yaşayış binası uçub və bir neçə nəfər dağıntılar altında qalaraq həlak olub. Onlar arasında qadın və 6 uşaq da var. Ümumilikdə 20 nəfərin öldüyü, 300 nəfərin isə xəsarət aldığı bildirilir. Əyalətin inzibati binaları da dağılıb.