Bu gün - oktyabrın 16-da İranın Kirman vilayətində 5,1 gücündə zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ yerli vaxtla saat 15:16-da Zərənd rayonun Yəzdanşəhr şəhəri ətrafında, yerin 10 kilometr dərinliyində baş verib. Vilayətin bir sıra yaşayış məntəqələrindəki binalarda dağıntılar meydana gəlib. İnsan tələfatı barədə hələlik məlumat yoxdur.
İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Rza Fəllah bildirib ki, insanlara yardım etmək üçün zəlzələ bölgəsinə xüsusi xilasedici və tibbi qruplar göndərilib.