Azərbaycanda tanınmış vəkilin "Mercedes"i yandırıldı –
VİDEO/FOTO

Vəkillər Kollegiyasının üzvü Azər İsmayılovun "Mercedes" markalı avtomobili ötən gecə saat 03 radələrində yanıb. 
 
APAnın məlumatına görə, vəkil açıqlamasında avtomobilinin qəsdən yandırıldığını iddia edib.
 
A.İsmayılov qeyd edib ki, avtomobili, vəkillik fəaliyyəti ilə bağlı olaraq şübhələndiyi şəxs tərəfindən, üzərinə benzin tökülərək qəsdən yandırılıb.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov bildirib ki, yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır: 
"Oktyabrın 17-si gecə saatlarında Zaqatala şəhəri ərazisində Azər İsmayılova məxsus “Mercedes” markalı avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülüb və hadisə zamanı xəsarət alan olmayıb.
 
Hazırda nəqliyyat vasitəsində yanğının hansı səbəbdən baş verməsi ilə əlaqədar araşdırma aparılır".
 









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.