Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsinin 1990-cı il təvəllüdlü sakini Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Senzor.az Qaradağ Rayon Prokurorluğuna istinadən bildirir ki, aparılan araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Vilayət Məmmədov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı məftillə boğularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.