Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda “Elastik” zavodunun barıt sexində yanğın baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları və iki təcili yardım heyəti cəlb olunub.
İlkin versiyaya əsasən, yanğına texnoloji prosesin pozulması səbəb olub.
İndiyə olan məlumata görə, yanğında ölənlərin sayı 16-ya çatıb.
Yanğının artıq söndürüldüyü bildirilir.
Sexin binası tamamilə uçub.