Bakıda məşqçi idman zalında öldü: prokurorluq araşdırma aparır - YENİLƏNİB

Bakıda idman zalında məşq edən idmançının ölümü ilə bağlı araşdırmalara başlanılıb.
 
Senzor.az-ın məlumatına görə, bu barədə KİV-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
 
Qeyd edilib ki, 1991-ci il təvəllüdlü Teymur Məmmədrzayevin Səbail rayonu ərazisində yerləşən idman zalında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
**20:34

Bakıda fitnes məşqçisi Teymur Məmmədrzayev idman zallarından birində vəfat edib.
 
Senzor.az bildirir ki, hadisə günorta saatlarında qeydə alınıb.
 
Hadisənin baş verdiyi zalın sahibi Ceyhun Vəliyev oxu.az-a açıqlamasında bildirib ki, 1991-ci il təvəllüdlü idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb: "Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib".
 
O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.