Yevlaxda 24 yaşlı oğlan qətlə yetirildi - TƏFƏRRÜATLAR
YENİLƏNİB

Yevlaxdakı qətlin bəzi təfərrüatları məlum olub.


Yerli KİV-in məlumatına görə, rayonun Əkşəm kənd sakini, 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlu tanışları ilə birgə Mingəçevir şəhərində yerləşən çayxanaların birində olan zaman 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu ilə mübahisələri düşüb.


Daha sonra M.Orucov Əkşəm kəndinə, yaşadığı evə qayıdıb.


Ş.Bayramlı və daha 4 nəfər onunla birgə M.Orucovun yaşadığı evin önünə gedib və onlardan biri M.Orucovu çölə çağırıb. Bu zaman Ş.Bayramlı Mingəçevirdə yaşanan mübahsə zamanı onun ünvanına söyüş söydüyünü deyərək M.Orucova 1 bıçaq xəsarəti yetirib. Ürək nahiyəsindən ağır xəsarət alan M.Orucov xəstəxanaya aparlan zaman yolda dünyasını dəyişib.


Hadisəni törətməkdə şübhəli bilinən Ş.Bayramlı isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

**09:56

Aprelin 7-də saat 03 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Musa Mahir oğlu Orucovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

 

İlkin məlumata görə, hadisə tərəflər arasında şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı baş verib.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.