Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərdən biri ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşıdır.
"Report" xəbər verir ki, yaralananlardan ikisi Daxili İşlər Nazirliyinin, biri isə "Battleground" atıcılıq mərkəzinin əməkdaşlarıdır.
İstintaq “Elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektlərində təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə aparılır. Cəza 6 ildən 10 ilə qədər həbsdir.
Qeyd edək ki, partlayışın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
**15:30
Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Yerli KİV xəbər verir ki, zərərçəkən 4 nəfərdən biri klinikada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə nəticəsində üç nəfər ölüb, daha üçü isə yaralanıb.
**13:26
Gürcüstanın paytaxtı Tbilisinin Boçormi küçəsində baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub.
APA xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.
Daha 4 nəfərin yaralandığı bildirilir.