Fransız jandarma əməkdaşları Avallon şəhərinin meri Djamila Habsaouinin evində axtarış apararkən ondan 70 kq çətənə aşkar ediblər.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Əməliyyat respublika Daxili İşlər Nazirliyinin elan etdiyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kampaniyası çərçivəsində həyata keçirilib. Telekanalın qeyd etdiyi kimi, hüquq-mühafizə orqanlarında merin qardaşının qadağan olunmuş maddələrin alveri ilə əlaqəsi barədə məlumat var idi.
Habsaoui özü Fransa Sosialist Partiyasını təmsil edir və 2021-ci ildə Avallon administrasiyasının rəhbəri vəzifəsinə seçilib. O, həm də regional məsləhətçi kimi fəaliyyət göstərir.