Goranboyda qətl törədilib.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan Senzor.az-a bildirilib ki, Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımova qətlə yetirilib. A.Kazımovanın qətlində oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahov şübhəli bilinir.
O, polisə könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.