Aprelin 8-də saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Bu barədə TƏBİB-dən bildirilib.
Hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır. Onlardan 18-sində bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb.
2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
**
Beyləqanda avtobus aşıb.
Yerli KİV xəbər verir ki, "İSUZU" markalı avtobus idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.
Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır.