İranda polis maşınlarına hücum edilib, ölənlər var.
Bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, İranın cənub-şərqində, Sistan və Bəlucistan vilayətinin Saravan şəhəri yaxınlığında silahlı şəxslər polis avtomobillərinə hücum edib.
Hücum nəticəsində 5 polis əməkdaşı həlak olub.
"Tasnim" isə 6 polis əməkdaşının həlak olduğunu yazıb. İki polis əməkdaşı isə yaralanıb.
“Ceyş Əl-Ədl” terror qruplaşması bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb.