Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qobustan rayonu ərazisində, Bakı-Şamaxı yolunun 88 km-də yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ-2107" markalı minik avtomobili ilə “KİA-Ceed” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü - 1974-cü il təvəllüdlü Baxışov Kamil Ceyfun oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.