İmişli şəhərində iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.
“Report”un məlumatına görə, hadisə 5 saylı orta məktəbin ərazisində baş verib.
Belə ki, təhsil ocağının ərazisində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vurub.
Hər iki yeniyetmə hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı müvafiq dövlət qurumları tərəfindən araşdırma aparılır.