Gürcüstan parlamentinin aprelin 15-də keçirilən iclasında deputatlar arasında dava olub.
"Report" xəbər verir ki, qanunverici orqanın toplantısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Parlament çoxluğunun lideri, deputat Mamuka Mdinaradze söz alaraq tribunaya çıxıb. O, danışan zaman müxalif Vətəndaşlar Partiyasının lideri, deputat Aleko Elisaşvili qəfildən tribunaya doğru gedib və M.Mdinaradzeyə yumruqla zərbə endirib.
Bundan sonra davaya digər deputatlar da qoşulub.