Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) eyni markadan olan avtomobil toqquşub.
Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Qeyd edək ki, Aytən Səfərova tanınmış teleaparıcıdır və hazırda “Xəzər” TV-də çalışır. O, müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.