Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Məlumata əsasən, Tokatın müxtəlif bölgələrində bir ev və iki məscidin minarələri dağılıb. Yeraltı təkanların təsirindən Yozqat şəhərinin də müxtəlif məhəllələrində üç ev çöküb. Təbiət hadisəsi zamanı Tokatda bir nəfər xəsarət alıb.
Hadisə yerlərinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
**19:42
Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb.
Sulusaray rayonunun bələdiyyə sədri bildirib ki, bir kənddə bəzi evlər zərər görüb.