Gecə saatlarında Rusiyanın Dneprin bombalaması nəticəsində son məlumata görə 8 nəfər ölüb, 25 nəfər yaralanıb.
“Reuters“ xəbər verir ki, bu barədə yerli administrasiya açıqlama yayıb.
Qeyd olunub ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Bu arada, “Ukrayna Dövlət Dəmir Yolları” şirkəti Dneprdəki dəmir yolu vağzalının fəaliyyətini dayandırıb. Ölkənin Müdafiə Nazirliyi isə yaydığı məlumatda Dneprə atılan raketlərdən on beşinin zərərsizləşdirildiyini bildirib.
Onların arasında qanadlı raketlər, eləcə də pilotsuz uçuş apartları var.