İran vətəndaşı İranın Parisdəki səfirliyinin konsulluq şöbəsinin binasına şübhəli bağlama gətirib və üzərində partlayıcı kəmər olduğunu iddia edib.
Bu barədə İranın dövlət mediası məlumat yayıb.
Əraziyə çox sayda polis qüvvələri cəlb edilib.
Qeyd edilib ki, hadisəni törədən şəxs bir müddət əvvəl səfirlik binasının giriş qapısına hücum edərək onu yandırıb.
Səfirliyin bütün əməkdaşlarının səhhətinin tam qaydasında olduğu bildirilib.
Həmin şəxsin saxlanıldığı, üzərində isə heç bir partlayıcı maddənin aşkarlanmadığı qeyd olunub.