Bakıda 22 yaşlı qadın qətlə yetirildi - TANIŞI SAXLANILDI
YENİLƏNİB

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Xətai rayon prokurorluğundan Senzor.az-a verilən xəbərə görə, araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.


Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

**09:46

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

 

Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O xəstəxanya yerləşdirilib.

 

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

 

Araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.