Bakıda taxta bazarındakı yanğın söndürülüb - YENİLƏNİB
VİDEO/FOTO

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.


Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.


Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000 kv.m sahəsi olan obyektin təqribən 500kv.m hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.


**

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın zamanı xəsarət alan olmayıb.


Bu barədə TƏBİB-dən məlumat verilib.


"Hadisə nəticəsində xəsarət alan olmayıb", - deyə məlumatda qeyd edilib.

**18:38

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.


Senzor.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


Əlavə məlumat veriləcək.

**

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğının baş verməsi barədə 20.04.2024-cü il tarixində saat 16:36 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.


Bu barədə TƏBİB-dən məlumat verilib.


Bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.


**17:27


Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.


DİN-in mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, təhlükəsizlik tədbirləri görülür.

**17:20

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.


Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.


Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Əlavə məlumat veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.