Ermənistan və İranı birləşdirən "M2" beynəlxalq avtomobil yolunun 234-cü kilometrliyində sel keçib və torpaq sürşməsi baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Yol Departamentindən məlumat verilib.
Qeyd olunub ki, bunun nəticəsində Ltsen-Tatev yolunun bir hissəsi bağlanıb və nəqliyyatın hərəkəti hər iki istiqamətdə dayandırılıb. Hazırda yolun təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.
Məlumatda o da vurğulanıb ki, hazırda avtomobillər Tatev-Şinuayr-Gorus-Qarakilsə yolu ilə hərəkət edirlər.