Türkiyənin Adıyaman şəhərində polis məmuru bölmədə vəzifə başında digər polis əməkdaşlarına silahla atəş açıb.
Senzor.az bildirir ki, insident Adıyaman Altınşehir Polis Bölməsində baş verib.
İddialara görə, polis bölməsində növbətçi olan polis məmuru naməlum səbəbdən digər polis əməkdaşlarına silahla atəş açıb. Hadisə zamanı 10 nəfər yaralanıb.
Yaralananlar xəstəxanaya çatdırılsalar da, onlardan iki nəfərin-polis şöbəsinin rəisinin və ictimai təhlükəsizlik şöbəsinin rəisinin həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Atəş açan şəxs də yaralanıb və tutulub. Hazırda o da xəstəxanada və xüsusi nəzarət altındadır.