Göygöldə çətin keçilən ərazidən meyiti tapılan şəxsin kimliyi məlum olub.
Yerli KİV-in xəbərinə görə, meyiti aşkarlanan Qızılca kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramovdur.
Faktla bağlı araşdırma aparılır.
**
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətinkeçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Senzor.az xəbər verir ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.