Hindistanın Çhattisqarh şəhərində polislə atışmada 9 Maoçu üsyançısı öldürülüb.
“NDTV” xəbər verir ki, Hindistanın Çhattisqarh şəhərində təhlükəsizlik qüvvələri ilə davam edən toqquşmada 3-ü qadın üzv olmaqla, azı 9 silahlı öldürülüb.
Qarşıdurma yerindən çoxlu sayda silah, o cümlədən bir AK-47 avtomatı da aşkar edilib. Polisin məlumatına görə, qarşıdurma zamanı hökumət qüvvələrinə heç bir ziyan dəyməyib.