Almaniya Regional Liqasının “Dinamo” (Berlin) və “Energi” (Kotbus) matçı azarkeşlərlə polis arasında kütləvi dava ilə başa çatıb, nəticədə 74 nəfər həbs edilib, 155 polis yaralanıb.
Polis əməkdaşları gözyaşardıcı qazdan istifadə edib, həmçinin itlərin köməyi ilə azarkeşləri sakitləşdirməyə çalışıblar.
Matç birinci hissədə 20 dəqiqəlik dayandırılıb. “Dinamo” və “Energi” derbisi Almaniyada təhlükəli oyun hesab olunur.
“Energi”nin məşqçisi oyundan sonra tribunadan ona daşların atılmasından şikayət edib. O, 2024-cü ildə bu cür təcavüzü ağlasığmaz adlandırıb.
Oyun “Energie”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.