Bakıda prokuror yol qəzasında dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün baş verib. Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru, 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayev qəzada aldığı xəsarətlərdən dünyasını dəyişib.
M.Abdullayev doğulduğu Gəncə şəhərində dəfn olunacaq.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, M.Abdullayev daha əvvəl Nəsimi Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifələrində də çalışıb.
Oxu.az isə M.Abdullayevin Şəmkir rayonunun keçmiş icra başçısı, mərhum Aslan Aslanovun bacısı oğlu olduğu barədə məlumat yayıb.