Ermənistanda müqaviləli hərbi qulluqçu güllələnib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 14 radələrində hərbi hissənin ərazisində müqaviləli əsgər, 1985-ci il təvəllüdlü Artak Serejaeviç Avalyanın üzərində güllə yarası olan meyiti aşkar edilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.