Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə ötən gün növbəti əməliyyat keçirib.


Nazirlikdən Senzor.az-a verilən xəbərə görə, tədbir nəticəsində Qafarzadə Rövşən Sakit oğlu Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Onun üzərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 1240 ədəd metadon həbi aşkarlanıb. R.Qafarzadə narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Vəlixan” adlı şəxsin göstərişi ilə Lənkəran rayonu ərazisindən əldə etdiyini bildirib. O, həmin narkotik maddələri götürüb deyiləcək yerə qoyaraq bu narkokuryerliyinin müqabilində 3000 manat əldə edəcəkmiş.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.