Antalyada təyyarə təkərinin partlaması nəticəsində gövdəsi üzərinə enib
190 nəfər təxliyə edilib

Antalyada "Corendon Airlines"a məxsus Köln-Qazipaşa reysini həyata keçirən təyyarə ön təkərinin partlaması nəticəsində gövdəsi üzərinə enib.


APA xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlamasında 190 nəfərin təxliyə edildiyini, xəsarət alanın olmadığını bildirib:


"09.05.2024-cü il tarixində saat 11:00 radələrində “Corendon Airlines”ə məxsus Köln-Qazipaşa reysini yerinə yetirən B738 tipli təyyarənin eniş zolağına endikdən sonra təkəri partlayıb və onun ön dayağı zədələnib. Uçuş zolağında qalan təyyarədən 184-ü sərnişin və 6-sı ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfər təxliyə edilib. Sərnişinlərdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib. Texniki qrupun yoxlamasından sonra təyyarə uçuş-enmə zolağından çıxarılacaq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.