Sankt-Peterburqda sərnişin avtobusu körpüdən çaya düşüb - 4 NƏFƏR ÖLÜB
YENİLƏNİB, foto, video

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunun Moyka çayına düşməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.


Bu barədə "112" Teleqram kanalı məlumat yayıb.

**15:38

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunun körpüdən çaya düşməsi nəticəsində ölən və xəsarət alanlar var.

Yerli KİV xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Rusiya Daxili İşlər Nazirliyinin Peterburq şəhəri üzrə Baş İdarəsinin məlumatına görə, sərnişin avtobusunun sürücüsü saxlanılıb. Bildirilib ki, faktla bağlı iş açılıb.

Qeyd edək ki, avtobus Potseluev körpüsü üzərində iki avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxıb, kənar sədləri qıraraq Moyka çayına düşüb.

Sərnişin avtobusunun körpüdən çaya düşmə anının görüntüsü yayılıb.


**15:02

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusu körpüdən çaya düşüb.


Yerli KİV xəbər verir ki, avtobus Potseluev körpüsü üzərində iki avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxıb, kənar sədləri qıraraq Moyka çayına düşüb.


Kənardan keçən vətəndaşlar avtobusdakı insanları xilas etməyə çalışır.


Bir neçə nəfər avtobusdan çıxarılaraq, huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.


Avtobusda 20 nəfərin olduğu bildirilir.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.