
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda, Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquması nəticəsində iki nəfərin öldüyü, xəsarət alanların olduğu bildirilir.
