İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub
YENİLƏNİB, VİDEO/ FOTO


İran Prezidenti İbrahim Rəisinin helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

 

Senzor.az bildirir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

 

Məlumata görə, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.


**22:57 (19.05.2024)



Hələlik axtarış qrupları İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi məkana çatmayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

 

Onun sözlərinə görə, helikopterin sərt eniş etməsindən sonra bütün qüvvələr səfərbər edilib. Bütün qruplar, o cümlədən İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH), ordu, hüquq mühafizə orqanları, Qırmızı Aypara Cəmiyyəti, sosial qruplar və bütün kəndlilər könüllü şəkildə İran Prezidentini aparan helikopterin qəzaya uğradığı məkanı tapmağa çalışırlar.

 

İranlı nazir qeyd edib ki, ərazi çətin relyefli, meşəlik və sıldırım qayalıdır. Həmçinin güclü yağış yağır və görmə radiusu çox məhduddur.

 

Xatırladaq ki, bir az əvvəl İran dövlət telekanalı müxbirinin xilasetmə qruplarının İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerə çatdıqları barədə məlumat verdiyi barədə xəbər yayılmışdı.

 

Yeri gəlmişkən, xilasetmə işləri ilə bağlı daha bir maraqlı məlumat yayılıb. Belə ki, İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin tapılması üçün "Kopernik" peys sistemi işə salınıb.  

Bu barədə Avropa İttifaqının böhranların idarə olunması üzrə komissarı Yaneş Lenarcic özünün "X" hesabında məlumat verib.

 

Onun sözlərinə görə, İrandan daxil olan sorğu əsasında peyk aktivləşdirilib.

 

Xatırladaq ki, "Kopernik" - Avropa İttifaqının Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq etdiyi, Yeri müşahidə edən peyk sistemidir.

 

**21:52


Xilasetmə briqadaları İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etdiyi yerə çatıblar.

 

Bu barədə İran dövlət telekanalının müxbiri məlumat verib.

 

Onun sözlərinə görə, ərazidə qaranlıq düşüb və yağış yağır. Palçıq səbəbindən texnika və insanların hərəkəti çətinləşib. Həmçinin, ərazi dağlıq olduğundan xilasedicilər piyada hərəkət edirlər.


**20:37


İran Prezidenti İbrahim Rəisini və onu müşayiət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.

 

Bu barədə İranın IRNA Agentliyi qəza yerinin ətrafındakı kəndlərin sakinlərinə istinadən məlumat yayıb.

 

Sakinlər deyiblər ki, onlar bu ərazidən səslər eşidiblər.

 

Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.

 

Onlarla yanaşı, ərazidə axtarış əməliyyatlarına kömək etmək üçün silahlı qüvvələrin gözətçi qrupları və xüsusi təyinatlıları da iştirak edir.

 

Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə qatı duman olması səbəbindən axtarış-xilasetmə işləri çətinləşib.

 

Onu da qeyd edək ki, İranın vitse-prezidenti Möhsün Mənsuri ölkənin prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi yerə gedib.

 

Bu arada hadisə ilə bağlı İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenan Məhəmməd Hüseyn Baqeri də açıqlama verib. O bildirib ki, İran prezidenti İbrahim Rəisini aparan helikopterin tapılması üçün Silahlı Qüvvələrin bütün imkanlarından istifadə olunur.

 

Onun sözlərinə görə, hadisə haqda məlumat  açıqlandığı vaxtdan İran ordusu, İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH), hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar.




**19:14


“Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.


Bu barədə TASS məlumat yayıb.


Bundan əvvəl "Mehr" agentliyi bildirib ki, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.


**17:52


Helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.


TASS xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.


Bildirilib ki, onlar avtomobillə Təbrizə yola düşüblər.


Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

**17:37


İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.


Bu barədə IRNA məlumat yayıb.


Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.


Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.


İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.


**16:59

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.


Bu barədə “Tasnim” məlumat yayıb.


Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.


Vurğulanıb ki, “prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.