Ermənistanın baş naziri Nikol Paşinyanın helikopteri məcburi eniş edib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Bildirilib ki, Paşinyan bu gün səhər saatlarında Tavuşa gedirmiş, lakin Vanadzor stadionuna məcburi eniş etməli olub.
Helikopterinin təcili enişinə münasibət bildirən Nikol Paşinyan Facebook hesabında yazıb: “Əzizlərim, hər şey qaydasındadır. Əlverişsiz hava şəraiti ilə əlaqədar vertolyotumuz Vanadzorda planlaşdırılmamış eniş edib”.
“İndi maşınla səyahətə davam edirik. Hər kəsə xoş gün arzulayıram”, - deyə o əlavə edib.
Senzor.az