Moskva-Tver marşrutu üzrə hərəkət edən elektrik qatarında yanğın olub

Rusiyanın Moskva vilayətinin Povarovo stansiyasında elektrik qatarı yanıb.


Bu barədə Oktyabrskaya Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.


Yanğın Moskva-Tver marşrutu üzrə hərəkət edən 6710 nömrəli elektrik qatarının səkkizinci və doqquzuncu vaqonları arasındakı damda başlayıb. Hadisə yerinə “Xovrino” stansiyasından yanğınsöndürən qatar göndərilib.


Sərnişinlər təxliyə edilib, xəsarət alan olmayıb.


Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi bildirib ki, yanğın 140 kvadratmetr ərazini əhatə edib, bir saat sonra lokallaşdırılıb. Yanğının söndürülməsində 10 texnika və 30 nəfər iştirak edib.


Elektrik qatarında baş verən yanğın faktı ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi tərəfindən istintaqdan əvvəlki yoxlama başlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.