İsmayıllıda icra nümayəndəsi vəfat edib.
Yerli KİV xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin Gəraybəyli kənd üzrə nümayəndəsi Rüstəm Babayev xəstəxanada ölüb.
İlkin məlumata görə, rayonunın Gəraybəyli kənd sakini 54 yaşlı Rüstəm Babayevin yaşadığı evdə anidən halı pisləşib.
O, təcili tibbi yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırlısa da, bir neçə saat sonra vəfat edib
İlkin məlumata görə, R.Babayev ürəktutması səbəbindən ölüb