SOCAR-ın İstanbul ofisinə basqın... – VİDEO

SOCAR-ın İstanbuldakı ofisinə edilən basqını ən sərt şəkildə qınayır və pisləyirəm.

 

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

 

Diplomat bu addımın həm də Türkiyəyə qarşı atıldığını bildirib, cavabsız qalmayacağını vurğulayıb: “SOCAR Azərbaycanın olduğu kimi, Türkiyənin də ən önəmli qurumlarından biridir. Orada işləyənlər isə xarici ölkədə yox, öz evlərindədirlər. Biz bunu belə qəbul edirik. SOCAR hərbi obyekt, səfirlik və ya baş konsulluq deyil, mülki obyektdir. Ona görə də binanın mühafizəsi digər mülki qurumlar kimi təşkil edilir. Lazımi yerlərdə öz sözlərini deyə bilməyənlər Fələstin bəhanəsilə bu murdar əməli törədiblər. Onlara buradan çağırış edib deyirəm ki, əgər hünərləri çatırsa, gedib ərəb ölkələrində belə etirazlar keçirsinlər. Türkiyə bir çox dövləti qarşına alaraq Fələstinlə bağlı ən ciddi addımlar atan ölkədir. Azərbaycanın da Fələstin məsələsində mövqeyi bəllidir. Bir daha bu hücumu və onu törədənləri lənətləyirəm. Bizə evimizdə hücum edənlər qanun qarşısında ən sərt şəkildə cəzasını alacaq”.

 

Qeyd edək ki, bir qrup şəxs Fələstin bəhanəsilə SOCAR-ın İstanbul ofisinə basqın edib, binaya ziyan vurublar. Bununla bağlı Teleqram kanallarında görüntü paylaşılıb. Onların ərəb olduğu bildirilir.



Qeyd edək ki, bir qrup şəxs Fələstin bəhanəsilə SOCAR-ın İstanbul ofisinə basqın edib, binaya ziyan vurublar. Bununla bağlı Teleqram kanallarında görüntü paylaşılıb. Onların ərəb olduğu və SOCAR-ın İsrailə neft satmasına etiraz etdikləri  bildirilir.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.