İyunun 1-də Xarkov şəhərinin növbəti dəfə raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin sayı 9 nəfərə çatıb, 26 nəfər isə xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov Şəhər Prokurorluğu məlumat yayıb.
“9-cu qurbanın cəsədi dağılmış evlə qaraj arasında tapılıb”, - deyə prokurorluğun məlumatında bildirilir.
Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov isə bildirib ki, ölənlər arasında 39, 68 və 86 yaşlı üç qadın var.
Hazırda əməliyyat-axtarış tədbirləri davam edir.