İstanbulda çökən binanın sahibi saxlanılıb
YENİLƏNİB

Xəbər verdiyimiz kimi bu gün Türkiyənin İstanbulun Küçükçekmece rayonunda 3 mərtəbəli binanın çöküb.


Bu hadisə ilə bağlı 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı hadisə ilə bağlı istintaq başladılıb.


Yerli KİV-in verdiyi xəbərə görə, iş üzrə bina sahibi və birinci mərtəbədəki dönərxana sahibi saxlanılıb.

**16:08

Türkiyədə üçmərtəbəli binanın çökdüyü ərazidə xilasetmə işləri başa çatıb.


Bu barədə İstanbul vilayətinin valiliyi məlumat yayıb.


"Dağıntılar altında qalan sonuncu şəxs xilas edilib. Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb", - açıqlamada deyilir.


Xilasedicilər orada insanların olma ehtimalını tamamilə aradan qaldırmaq üçün bir müddət araşdırmanı davam etdirəcəklər.


Zərərçəkənlər arasında iki nəfərin vəziyyəti ağırdır.


Qeyd edək ki, hadisə saat 08:40 radələrində İstanbulun Avropa hissəsindəki Küçükçekmece rayonunda baş verib.

**13:03

İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb.


Türkiyə KİV xəbər verir ki, indiyədək 7 nəfər yaralı olaraq xilas edilib. Onlardan 2-nin vəziyyəti ağırdır.


İlk dəqiqədən etibarən bölgəyə 15 ambulans, eləcə də UMKE və AFAD-ın tibbi axtarış-xilasetmə komandaları yönləndirilib.


Axtarış-xilasetmə işləri davam edir.


Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın hadisə ilə bağlı verdiyi açıqlamada bildirilib ki, xəstəxanaya çatdırılanlardan ikisinin müalicəyə ehtiyacı olmadığı üçün onlar evə buraxılıb.

**11:19

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində naməlum səbəbdən 3 mərtəbəli bina çöküb.


TRT Haber xəbər verir ki, hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları cəlb edilib. Dağıntılar altında qalan insanların olduğu bildirilir.


Dağıntılar altında qalanların olduğu xəbərini alan qrupların axtarış-xilasetmə əməliyyatına başladığı və dağıntılar altında bir nəfərlə əlaqə saxladığı öyrənilib.


Yaralılardan 2 nəfəri xilas edən qruplar, xilasetmə işlərini davam etdirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.