“İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır”.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
**13:52
"Xətlər üzrə yubanma 1 saata yaxın olub. Hazırda xətlər üzrə qatarların hərəkəti ilə bağlı hər hansısa ciddi problem yoxdur."
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
**
"Bakı Metrosunda qatarların hərəkəti bərpa olunub".
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O deyib ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür:
"Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılıb, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır və cinsi kişidir"
**13:36
"28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb. Xətlərdə yubanma var”.
Bu barədə Senzor.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O deyib ki, bu barədə əlavə məlumat veriləcək.