Komi Respublikasında (Rusiya subyekti) neft emalı zavodunda baş verən yanğın nəticəsində iki nəfər ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə "Rostexnadzor"un Peçora İdarəsi məlumat yayıb.
Məlumata görə, “Lukoyl-Uxtaneftepererabotka”nun 3 saylı sexində təmir işləri aparılan zaman çən parkında yanğın baş verib.
Podratçı təşkilat olan “Sentre-Test”in əməkdaşları xəsarət alıb: 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qeyd olunur ki, hadisə ilə bağlı cinayət işi başlanıb.